21 Noyabr, 2014
Amerikalı qadın 100 yaşında ilk dəfə dəniz gördü - FOTOLAR

Ömrü boyu Tennessdə yerləşən bir kənddə pambıq yığan amerikalı əkinçi Rubi Holt 101 yaşına bir neçə həftə qalmış ən böyük xəyalını həyata keçirtməyi bacardı və dənizi gördü.

Simsar.az xəbər verir ki, dəniz sahilinə getmək üçün lazım olan pulu ömrü boyu toplaya bilməyən Rubi Holt: “Həmişə başqaları danışanda eşidirdim. Nə qədər möhtəşəm bir  bir şey olduğundan bəhs edirdilər. Amma heç vaxt görmək imkanım olmadı” deyib. Yerli bir yardımsevər kampaniya sayəsində ən böyük xəyalını gerçəkləşdirən Holt Meksika Körfəzinə gətirilib. Uzun müddət dənizi seyr edən yaşlı qadın həyatında bu qədər böyük bir şey görmədiyini deyib.  Robi Holt 600 kilometrli bir yol qət edərək getdiyi sahildə dənizi gördüyü an dili tutulub, saatlarla üfüqə baxıb.

Dörd övlad sahibi olan Holt, həyatını onları böyüdrək əkin sahələrində, bəzən də fabrikdə işləyərək keçirtdiyini, heç vaxt ailənin iki yaxasını bir araya gətirib də dəniz kənarına getmək imkanı olmadığını bildirib.

Günel



{img3}

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!