21 Noyabr, 2014
Məşhur müğənni həbs olundu

İspaniyanın Malaqa Bələdiyyəsindəki rüşvətxorluq skandallarına qarışan məşhur müğənni İsabel Pantojaya verilən 2 illik cəzanı çəkməmək üçün baş vurduğu bütün qanuni yollardan rədd cavabı alınca bu gün həbsxanaya göndərildi.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, Kadizdəki bağ evindən çıxarılaraq polis maşını ilə Sevilya şəhərinin 20 kilometrliyində yerləşən qadın təcridxanasına aparılan İsabeli görüntüləmək üçün çox saylı İspan jurnalisti cəza evinin önünə yığışıb.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!