21 Noyabr, 2014
Yük qatarı “Volkswagen”lə toqquşdu - Yaralılar var

Bu gün axşam saatlarında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az xəbər verir ki, APA-ya verilən  məlumata görə, yük qatarı ilə 90 EZ 821 dövlət nömrə nişanlı “Volkswagen” markalı minik maşını toqquşub.

Qəza qorunmayan Məşədi Həsən dəmiryol keçidində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!