21 Noyabr, 2014
39 il həbsdən sonra günahsızlığı məlum oldu

ABŞ-da keçirilən bir məhkəmə iclasında 59 yaşlı Rikki Ceksonun 1975-ci ildən bəri törətmədiyi bir cinayətə görə 39 il həbsdə qaldığı ortaya çıxıb.

Simsar.az xəbər verir ki, 2 gün çəkən məhkəmədən sonra Rikkinin günahsızlığı sübuta yetirilib. Aparılan araşdırmada cinayətin tək şahidi 13 yaşlı Edvard Vernonun polisin təziqi ilə ifadə verdiyi məlum olub. Məhkəmədə ifadə verən Verno yalan ifadə verdiyini etiraf edib.

Cekson bu gün azad bir insan olaraq həbsxananı tərk edib. Həbsdəykən anasını, qardaşını və bacısını itirən Rikki Cekson, 39 il sonra gələn ədalətə baxmayaraq xoşbəxt olduğunu bildirib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!