21 Noyabr, 2014
Şamil Mahmudbəyovun yubileyi keçiriləcək

Dekabrın 6-da Dövlət Film Fondunda rejissor, əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 90 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.

Fonddan Simsar.az-a verilən məlumata görə, yubiley tədbirində rejissorun sənət dostları və  ailə üzvləri iştirak edəcək.

Tədbirində Ş.Mahmudbəyovun həyat və yaradıcılıq yolundan bəhs edən foto-sərginin nümayişi də nəzərdə tutulub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!