21 Noyabr, 2014
Tolik İvana Serti "Şəhidlər xiyabanı"na apardı - FOTOLAR

Simsar.Az xəbər verir ki, şəhərimizdə qonaq olan tanınmış moda bilicisi İvana Sert bu gün "Şəhidlər xiyabanı" ziyarət edib. Ölkənin əsas prodüseri Tolikin təşəbbüsü ilə baş tutan ziyarətdə İvana torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın məzarları qarşına gül qoyaraq, ruhlarına dua oxuyub.

Tolik bu addımı atmasına belə şərh verdi:

" İvananı gətirib "Şəhidlər Xiyabanı"nı göstərdim ki, qoy o, da bilsin erməni əclafları bizim dinc əhalimizi nece amansızca qətlə yetirib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Oxucularımıza bu ziyarətdən çəkilmiş fotoları təqdim edirik.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!