21 Noyabr, 2014
“Ekstremizmin cəzası qaçılmazdır” – Putin

“Biz ekstremist xarakterli söz və hərəkətlərə görə məsuliyyət daşıdığığımızı unuda bilmərik”.

Simsar.az-ın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin  cümə axşamı Rusiya Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

O, deyib ki, müxtəlif millətlərin, dinlərin, milliyyətçi ideologiyasının təbliğ olunması ictimai asayişin kütləvi halda pozulmasına, insanlar arasında münaqişələrə səbəb ola bilər. “Bu cür ideologiyaların təbliğinin dağıdıcı nəticələrini xatırlamaq lazımdır. Bu ekstremizmin yol açdığı hadisələrdir. Hamı liderlərin sosial qarşıdrurmalarını yadda saxlamalıdır. Belə hərəkətlərə qanunun yol verdiyi dərəcədə cavab verilməlidir. Mövcud qaydada bunun zorla devrilməsinə də nail olmaq lazımdır. Ekstremist xarakterli hərəkətlər nəticəsində ekstremist fikir yayılır. Bunun  üçün cəza qaçılmazdır”.

Sara Rüstəmova

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!