21 Noyabr, 2014
Bu cihazla ağıllı telefonlar daha da ağıllı olacaq

Bir çox cəhətdən üstünlüyü olsa da, enerjini uzunmüddət saxlama mövzusunda hələ də istənilən səviyyədə olmayan ağıllı telefonlar tez-tez sahibini yarı yolda qoyur.

Enerji aləti və ehtiyyat batareyalar vasitəsiylə problemin öhdəsindən gələ bilsək də bunları üzərimizdə daşımaq da ayrı bir problemə çevirilib.

Simsar.az xəbər verir ki, çinli dizayner Tsung Chih-Hsien tərəfindən icad edilən və Red Dot dizayn mükafatını qazanan  Mini Pover adlı kosept cihaz ilə telefona iki, dörd və altı saat vaxt qazandırmaq mümkün olacaq. Kapsula şəkilində dizayn edilən və asan daşına bilən cihazın məqsədi isə çətin vəziyyətə düşəndə telefona az da olsa enerji qazandıra bilməkdir.

Konseptin həqiqətə dönüb dönməyəcəyi ilə bağlı hələki bir məlumat mövcud deyil. Ancaq əgər bir gün bu həqiqət olarsa ağıllı telefonun istifadəçilərinin həyatını əməlli başlı asanlaşdıracaq.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!