21 Noyabr, 2014
30 illik sərt qış gəlir – Qorxunc AÇIQLAMA

Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin keçmiş mütəxəssisi Con L. Casey, dünyanı 30 il davam edəcək sərt qışın gözlədiyini bildirib. Mütəxəssis “Sərt qış: Günəş necə 30 illik soyuq böhrana səbəb ola bilər” kitabında Günəşin aktivliyinin azalacağını bildirir.

Kitabda önümüzdəki illərdə günəşdəki alovlanma və partlamaların minimuma enəcəyi qeyd edilir. Bildirilir ki, Günəşin aktivliyi azalacaq və “qış yuxusu” dövrü başlayacaq. Günəşin 30 il davam edəcək “qış yuxusu”nda okeanlar və atmosferdə termpraturun xeyli aşağı düşəcəyi və bunun da böyük vulkanik partlamaların və zəlzələlərin baş verməsinə səbəb olacağı bildirlir. Kitabda bildirilir ki, tempraturun düşməsiylə bitkilərin donması nəticəsində kənd təsərrüfatı məhsulları böyük zərbə alacaq və dünyada qida qıtlığı yaşanacaq.

Rusiyanın Ukraynaya girməsi də iqlim dəyişikliyi səbəbdən ola bilər

Kitabın müəllifinə görə Rusiyanın Ukraynaya girməsi, bu qəfil iqlim dəyişkliyinə qarşı Putin hakimiyyətinin tədbiri ola bilər. Caseyin təxminlərinə görə, Rusiyaya lazım olan Ukraynadakı geniş buğda ehtiyyatıdır. Bu təxminlərə görə, Rusiya gerçəkləşməsi ehtimal edilən “qış yuxusu” müddətində Ukraynanın buğda ehtiyyatlarından istifadə etmək niyyətindədir.

Vüsal Qarayev




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!