21 Noyabr, 2014
“Apple” patent oğurluğuna görə cəza aldı

Texnalogiya və patent deyincə ağlımıza ancaq “Apple” gəlir. İllər əvvəl “Samsung”la girdiyi patent savaşlarından qalibiyyətlə ayrılan şirkət, hələ doğulmamış məhsulu və texnalogiyanın patentini də əlində tutur. Ancaq işlər bu dəfə tərsinə döndü və “Apple” patent oğurluğunda günahlandırılaraq cəza aldı.

Simsar.az  “The Guardian” a istinadən xəbər verir ki, Texas Bölgə Məhkəməsində “Apple” əleyhinə nəticələnən patent mövzusunun  tarixi bir xeyli keçmişə söykənir. Bir zamanlar Amerikada geniş yayılan peycer cihazları “Apple”in başını dərdə soxan texnalogiya məhsulu oldu.  İOS cihazlardakı mesajlaşma xüsusiyyətinin peycerlərdə istifadə olunmasına  və patent oğurluğuna görə “Apple”in 23.6 milyon dollar ödəməsinə qərar verilib.

Sözügedən texnalogiyanın yaradıcısı olan Mobil Telekommunikasiya Texnalogiyası isə məhkəmədən 237 milyon dollar tələb edib.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!