21 Noyabr, 2014
Jurnalist Mətanət İsgəndərliyə sərt sözlər dedi - FOTO

Simsar.az az xəbər verir ki, Azərbaycanın dəb ikonası Ruhi Əliyevanın təqdimatında ATV-də yayımlanan "Dəb Siz" moda verilişinin növbəti çəkilişi qonaqların qalmaqallı açıqlamaları ilə yadda qalıb.

Ruhi xanımın "hakim", tanınmış modelyer Afaq İsmayılzadənin "ittihamçı" olduğu verilişdə Samirə adlı bir iştirakçının imici müzakirə olunub.

Qalmaqallı açıqlamaların müəllifi isə iştirakçının vəkili qismində kameralar qarşısına keçən jurnalist Şahin Cavadsoy olub.

O, tanınmış estrada müğənnisi Mətanət İsgəndərlini hədəf seçərək populyar xanımın ünvanına kifayət qədər sərt sözlər işlədib.

Həyəcanlı anların hökm sürdüyü pavilyona dəstək qrupu kimi təşrif buyuran tar və ud ifaçısı, həm də müğənni kimi özünü sınayan Humay, sənətçi Mirkamil Kamilov və şairə Sevinc Çılğın da susmayıblar.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!