21 Noyabr, 2014
Fil başlı it balası dünyanı şoka saldı

Cənubi Amerika ölkələrindən birində elm adamlarını şoka salan bir doğum həyata keçib.

Simsar.az xəbər verir ki, Argentinada bir kəndlinin sahib olduğu it 11 bala dünyaya gətirib. İşin şok tərəfi isə itin 11 balasından birinin qeyri-adi görkəmidir. Gövdəsi itə başı isə filə bənzəyən bu it balası bütün dünyanı şoka salıb.

Fil başlı it balasının səhhətində ciddi problem var. Baytarlar bu qeyri-adi it balasının iki həftədən artıq yaşamayacağını bildiriblər. Argentinalı mütəxəssilər fil başlı itin dünyaya gəlməsini bölgədə kənd təsərrüfatının geniş yayıldığı ərazilərdə həşərata qarşı istifadə edilən dərmanlarla bağlayır. Argentinada yerli və dünya mətbuatında xəbər olan it balası, qısa müddət ərzində sosial mediyada da mövzu oldu. Sosial mediada bu qeyri-adi varlıq Harri Poter filmindəki “Dobbi” obrazına bənzədilib.

Günel

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!