20 Noyabr, 2014
Sabah ermənilər Bakıya gəlir

Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan və Ermənistan MOK idarə rəhbəri Vağinak Qalstyan sabah Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcəklər.

Simsar.az-ın məlumatına görə, Ermənistan nümayəndələrinin Bakıya səfəri Ermənistanda etirazla qarşılanıb.

Bəzi təhlilçilər Azərbaycanın erməni helikopterini vurmasından sonra Bakıya ermənilərin səfərini tənqid ediblər. Qonaqlar oyunların keçirilməsi üçün inşa edilən idman bazalarında hazırlıq işləri ilə tanış olacaqlar.

Ermənistan MOK rəhbəri Qaqik Tsarukyan Avropa Olimpiya Oyunlarında Ermənistan idmançılarının təhlükəsizliyini tam təmin olunacağını bəyan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!