20 Noyabr, 2014
Məşhur rejissor vəfat etdi

Oskar mükafatlı rejissor Mayk Nikolz 83 yaşında vəfat edib.

Simsar.az xəbər verir ki, həyat yoldaşı D.Soyerin işlədiyi ABC Telekanalının rəhbəri Ceyms Qoldston ürək xəstəsi olan Nikolzun öldüyünü açıqlayıb.

Qeyd edək ki, 1931-ci ildə Almaniyanın paytaxtı Berlində doğulan rejissorun əsl adı Maykl İqor Pesçovski olub. “Məzun” filmi ilə 1968-ci ildə “ən yaxşı rejissor” nominasiyasında Oskar mükafatı alan rejissor eyni filmi ilə “Qızıl qlobus” və “BAFTA” mükafatlarını da alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!