20 Noyabr, 2014
Bakıda kran maşınların üstünə aşdı - FOTOLAR

Bakıda ağır yol qəzası baş verib.

Simsar.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, hadisə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalının yaxınlığında baş verib.

Belə ki, “KamAZ” markalı yük maşını ərazidə olan krana girib. Nəticədə kran maşınların üzərinə aşıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.

İlkin ehtimala görə, qəzaya səbəb sürətlə hərəkət edən “KamAZ” markalı yük maşınının əyləc sisteminin işləməməsidir.

Hazırda hadisə yerində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!