19 Aprel, 2011
Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib

Simsar.az -ın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. 2011-ci ildə Ordubad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1992-ci il təvəllüdlü Orxan Nəriman oğlu Babayev xəstəlikdən vəfat edib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!