19 Noyabr, 2014
Rusiyadan xəbərdarlıq

Rusiya Mərkəzi Bankının (RMB) apardığı mütəmadi monitorinq zamanı Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan "ABB-Moskva" istiqamətində bankın müştərisi ilə əməliyyatın aparılmasına dair hesabat informasiyasında vaxtın ötməsi aşkar edilib.

Azərbaycan Beynəlxal Bankından Simsar.az-a verilən məlumata görə, RMB-nin çirkli pulların yuyulması haqqında qanunun pozulmasına görə "ABB-Moskva" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi məsələsini şərh edərkən deyiblər.

Bankdan deyiblər ki, bu qanun pozuntusu bankın fəaliyyəti ərzində birinci hal olduğuna görə xarakteri baxımından bilərəkdən olmayıb və az əhəmiyyətlidir: "Bundan başqa, qanun pozuntusunun törədilməsinə xidmət edən səbəb və şərtlər aradan qaldırıldığına görə banka xəbərdarlıq edilib".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!