19 Noyabr, 2014
Putini məğlub etməyin yolu

ABŞ-ın sabiq prezidenti oğul Corc Buş yerli telekanallardan birinə maraqlı açıqlama verib.

Simsar.az-ın məlumatına görə, Buş bildirib ki, Rusiya prezidenti Vladimir Putini məğlub etmək üçün ABŞ bütün dünya ilə birgə hərəkət etməlidir.

"Bilirsiniz, mən prezident olanda, Putin özünü elə aparırdı ki, sanki bir tərəfin nailiyyət əldə etməsi mütləq digər tərəfin məğlubiyyəti hesabına olmalıdır.

Başqa sözlə, ya mən qalib gəlirəm, ya da siz. Biz ikimiz bir yerdə qələbə qazana bilmərik. Putin belə düşünür. Onu məğlub etmək üçün bütün dünya birlikdə hərəkət etməlidir", deyə Buş bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!