19 Noyabr, 2014
“Lavrov, sən Obamaya fikir vermə”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Dumada çıxışı zamanı ABŞ Dövlət katibi Con Kerri ilə arasında baş tutan son görüş barədə maraqlı fikirlər söyləyib.

Simsar.az xəbər verir ki, Lavrov Kerridən Obamanın Rusiyanı İŞİD və Ebola virusu ilə bir tutmasının hansı anlama gəldiyini soruşub. Con Kerri isə Lavrova Obamanın sözlərinə fikir verməməsini istəyib:

“Mənə Obamaya fikir vermə, dedi. Bunu nə qədər ciddi dediyini bilmirəm. Ancaq kədərli vəziyyətdir. ABŞ-ın İran və Şimali Koreyanın nüvə problemlərini həll etmək üçün Moskvanın köməyinə ehtiyacı var. Bu qədər böyük bir ölkə ehtiyac duyanda bizdən kömək istəyir. Lakin sizi cəzalandırmaq istəyəndə “bizi dinləməlisiniz”, - deyir. Amerikanın bu mənfəətçi yanaşması yanlışdır”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Con Kerri arasında son görüş noyabrın 8-də Çində baş tutub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!