19 Noyabr, 2014
Girov götürülən model ölü tapıldı

Londonda keçiriləcək Dünya Gözəllik Yarışmasında Hondurası təmsil edəcək model Maria Jose Alvaradonun meyiti tapılıb.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, modelin Santa Barbarada basdırılmış cəsədi tapılıb. İstintaq müdiri cinayətdə istifadə olunan silahı və cəsədləri daşıyan avtomobili də tapdıqlarını bildirib.

Qeyd edək ki, Alvarado sonuncu dəfə bacısı Sofia Trinida ilə birlikdə Santa- Barbara şəhərində bir doğum gününə qatılıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!