19 Noyabr, 2014
"Araz" yenə uduzdu

Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçirilib.

Qol-Azın məlumatına görə, “Dördlər finalı”na vəsiqə uğrunda B qrupunda daha iki oyun baş tutub.

Təmsilçimiz “Araz” da bu gün növbəti oyununa çıxıb. Komandamızın rəqibi  Rusiyanın “Dina” klubu olub. Komandamız növbəti mərhələyə vəsiqə qazanmaq üçün bugünkü oyundan qalib gəlməli idi. Ancaq təmsilçimiz bu matçda da məğlub olub - 4:5.

Qeyd edək ki, “Araz” ilk turda  Slovakiyanın “Slov-Marik” klubuna 3:4 hesabı uduzub.

19 noyabr

UEFA kuboku, elit-raund

18:30.“Dina” (Rusiya) - “Araz” (Azərbaycan) - 5:4

Qollar: Prudnikov, 10 (1:0), Amadeu, 11 (1:1), Esqerdinya, 14-pen (2:1), Karlinhos, 18 (3:1), Kutuzov, 21 (4:1), Amadeu, 22 (4:2), İsa Atayev, 30 (4:3), Kesinya, 33 (4:4), Prudnikov, 39 (5:4)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!