19 Noyabr, 2014
"Da Vinçi" ilk ürək əməliyyatını etdi

Da Vinci robotu moskvalı cərrahlara işlək ürək miokardında qan dövranının bərpasında yardımçı olub. Rusiyada bu qəbildən olan ilk əməliyyat Moskva səhiyyə departamentində aparılıb.

Simsar.az Rianovosti informasiya agentliyinə istinadla xəbər verir ki, Moskvada dörd Da Vinci robotunun olduğunu bildirən qurumun mətbuat katibi Elina Nikolayeva onların yüksək dəqiqlik tələb edən cərrahiyyə əməliyyatları üçün nəzərdə tutulduğunu deyib.

Səhiyyə departamentinin rəhbəri Aleksey Xripun Rusiyanın cəmi iki tibb mərkəzində robotlar vasitəsi ilə cərrahiyyə əməliyyatlarının aparıldığını bildirib.

Qeyd edək ki, bu universal cərrahiyyə qurğusu dünyanın hər hansı bir nöqtəsində pult arxasında oturan həkimin xəstə üzərində əməliyyat aparmasına imkan verir. ABŞ-ın Intuitive Surgical Inc şirkəti tərəfindən hazırlanan Da Vinci tipli robotlaşdırılmış cərrahi komplekslər vasitəsi ilə hər il 350 mindən çox əməliyyat həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!