19 Noyabr, 2014
Prezident Qarabağ atları ilə bağlı sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!