19 Noyabr, 2014
Konte: “Balotelliyə tərbiyə verməyə vaxtım yoxdur”

İtaliya milliisinin baş məşqçisi Antonio Konte hazırda “Liverpul”da çıxış edən Mario Balotelli haqda tənqidi fikirlər səsıəndirib.

Simsar.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, Balotellinin millidəki bundan sonrakı taleyi onun özündən asılıdır. 24 yaşlı bu hücumçunun xarakterində problem olduğunu söyləyən A.Konte deyib:

“Mən əmin deyiləm ki, bu günə qədər Balotellinin xasiyyətini düzəldə bilməyən böyük məşqçilərdən güclüyəm. Odur ki, Balotelliyə tərbiyə verməyə vaxtım yoxdur. Hər şey onun özündən asılıdır. Futbolçular mənim tələblərimi bilir. Balotelli o tələbləri yerinə yetirsə, milliyə yenidən çağırılacaq”.

Xatırladaq ki, Antonio Konte milliyə baş məşqçi təyin olduqdan sonra ilk dəfə Xorvatiya və Albaniya ilə oyunlar üçün Balotelliyə dəvət göndərmişdi. Amma futbolçu zədələndiyi üçün millinin düşərgəsindən göndərilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!