19 Aprel, 2011
Musiqi Akademiyasının 90 illiyi qeyd olunacaq

Proqramda tanınmış kinofilmlərə -“Zorro”, “Avatar”, “Harry Potter”, “Peter Gunn”, “Rocky” yazılmış musiqi səslənəcək

Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illiyi qeyd olunacaq.Simsar.az -ın məlumatına görə, bu münasibətlə aprelin 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin konserti keçiriləcək. Bədii rəhbər və baş hərbi dirijor, xalq artisti Yusif Axundzadə, dirijorlar kapitan Rüfət Axundzadə və baş leytenant İmran Allahverdidir.

Proqramda tanınmış kinofilmlərə -“Zorro”, “Avatar”, “Harry Potter”, “Peter Gunn”, “Rocky” yazılmış musiqi səslənəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!