19 Noyabr, 2014
Röya və Xəyyam “Sənə ehtiyacım var”a klip çəkdirdi

Estrada ulduzu, milyonların sevimlisi Röya Ayxanla   özünəməxsusluğu ilə seçilən Xəyyam Nisanovun birgə ifa etdiyi “Sənə ehtiyacım var” adlı mahnı qısa zaman ərzində radio dalğasında kifayət qədər dinləyici rəğbəti qazandı.

Simsar.az-ın məlumatına görə, söz və musiqi Murad Arifə, aranjemanı Rəşad Bağırova məxsus mahnı ilin son günlərində artıq hit olmağa doğru gedir.

Müğənnilər bu yaxınlarda  mahnıya qardaş ölkədə, Türkiyənin İstanbul şəhərində klip çəkdiriblər. “Sənə ehtiyacım var” ı bu gündən etibarən  tamaşaçıların ixtiyarına verilib. Klipi türkiyəli rejissor Mujdat Küpşi lentə alıb, yeni işin stilisti isə Bener Hamamcıdır.  Adıçəkilən similar daha öncə Röyanın sözləri Azər Şirinin, musiqisi Pərviz Mahmudovun olan “Mən sənsiz” adlı mahnısına çəkilən klipə də ekran həyatı veriblər.

Klip yalnız Röyanın rəsmi youtube kanalında,  “Röya Official”da təqdim olunub.

Yeni klipin adı həm də Röyanın növbəti konsert proqramının adını daşıyır. Dekabrın 19 və 20-də Heydər Əliyev adını Sarayda Röya məhz “Sənə ehtiyacım var” adlı konsert proqramı ilə iki gün çıxış edəcək.

Mahnının bəstəkarı Murad Arif isə elə bu ilin əvvəllində, Röyanın ifasında sevilən “Ona nə var ki” adlı hiti ərsəyə gətir.

Bu da gözlənilən “Sənə ehtiyacım var” klipi

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!