19 Aprel, 2011
Prezident Roma Papası XVI Benedikti təbrik edib

İlham Əliyev Roma Papası XVI Benedikti tacqoyma günü münasibətilə təbrik edib

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrikdə bildirilir: Zati-müqəddəsləri, tacqoyma gününüz münasibətilə Sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər ümumbəşəri dəyərlərin təntənəsi naminə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali xidmətinizdə müvəffəqiyyətlər arzulayır, bütün həmməzhəblərinizə sülh və rifah diləyirəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!