19 Noyabr, 2014
Məşhur futbolçunun adı qalmaqalda - Maşallah Əhmədovdan reaksiya...

“İcra başçısının mənə borcu yoxdur”

Bir neçə gün öncə ölkə mətbuatında İmişili RİH-nin başçısı ilə bağlı müəyyən iş adamları və o cümlədən də veteran futbolçu Maşallah Əhmədova istinadən xəbərlər yayılmışdı. Yayılan xəbərlərdə iddia edilirdi ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı veteran futbolçuya 2 milyon manat pul borcludur.

Simsar.az-ın məlumatına görə, iddialarla bağlı danışan Maşallah Əhmədov bildirib ki, bu tip xəbərlər o Azərbaycanda olmadığı dövürdə yayılıb və yayılan xəbərlərin heç bir əsası yoxdur:

“Mən Bakıya qayıtdıqdan sonra xəbər tutdum ki, mətbuatda belə bir xəbərlər yayılıb. Həqiqəti əks etdirməyən bu yalan xəbərlərin mətbuta necə və hansı şəkildə ayaq açdığını deyə bilmərəm. Amma onu sizin sayt vasistəsi ilə bəyan edirəm ki, mən bu və ya hər hansı bir şəkildə İmişli rayon İcra Hakimiyyətinin borcu yoxdu”.

Onun sözlərinə görə, haqqımda səsləndirlən iddialar həm onu, eyni zamanda da İmişli RİH-in başçısı ilə bağlı yalnış fikirin formalaşdırılmasına xidmət edir: “Biz iş adamları olaraq birbaşa icra başçısı ilə deyil, İcra Hakimiyyəti ilə müqavilə bağlayan MMC-nin tərkibində işləmişik. Bizim də gördüyümüz işlərə müvafiq olaraq əmək haqları tamamilə ödənilib. Bu haqda bizim yazılı şəkildə KİV-də fikirlərimiz yayımlanmışdır. Bir daha mən KİV-nə müraciət edirəm ki, iş adamları adından suiistifadə edib məmurlara yalan, şər və böhtan atmasınlar. Əks təqdirdə bu tip xəbərləri yayanlar hüquq mühfizə orqaları qarşısında cavab verməli olacaqlar”

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!