19 Aprel, 2011
Diyeqo Forlan «Mançester»ə dönə bilər

«Atletiko»nun uruqvaylı hücumçusu Diyeqo Forlan keçmiş komandası «Mançester Yunayted»ə qayıda bilər

Simsar.az İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, «Qırmızı şeytanlar»la yanaşı, «Tottenhem» də 31 yaşlı hücumçunun xidmətində maraqlıdır.
«Atletiko»nun baş məşqçisi Floreslə dil tapa bilməyən Forlan, komandasını dəyişə biləcəyini təsdiqləyib. Məlumata görə, madridlilər onu 9 milyon funt sterlinqə satışa çıxarmağı düşünür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!