18 Noyabr, 2014
“Araz” ilk cəhdində məğlub oldu

Bu gün futzal üzrə UEFA Kubokunun elit-raundu start götürüb. Simsar.az xəbər verir ki, “Dördlər finalı”na vəsiqə qazanmaq uğrunda yarışan Azərbaycan çempionu “Araz” ilk görüşündə “Slov-Matik”lə münasibətlərə aydınlıq gətirib. Slovakiya çempionu ilə gərgin keçən qarşılaşma “Araz”ın məğlubiyyəti ilə nəticələnib.

UEFA kuboku

Elit-raund

I tur, B qrupu

“ARAZ” (AZƏRBAYCAN) – “SLOV-MATİK” (SLOVAKİYA) - 3:4

Qollar: Fineo, 22, Fərzəliyev, 23, Eduardo, 40 - Seydler,12, Drahovski, 35, Brunovski, 37

Pardubitse. CEZ Arena

 

Qeyd edək ki, Çexiyada təşkil olunan turnirdə Azərbaycan təmsilçisinin digər rəqibləri yerli “Xrudim” və Rusiyanın “Dina” klublarıdır.

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!