18 Aprel, 2011
Prezident sərəncam imzalayıb

İlham Əliyev Vitali İqnatenkonu “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan prezidenti İlham Əliyev İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenkonun “Dostluq” ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, Vitali İqnatenko bu ordenə Azərbaycanla Rusiya arasında informasiya sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə layiq görülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!