18 Noyabr, 2014
“Təmizlə professor, utanma, təmizlə” – Tualet təmizləyən professor

Akademik Famil Mehdi ölkəmizdə çətin şəraitdə yaşayan professorlara xitabən “Dilən professor, utanma, dilən” demişdi. Bəs görəsən mərhum akademikimiz professor Osman Tourehi görsə nə deyərdi.

Simsar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qvineyadan 7 il öncə Türkiyəyə mühacirət edən professor Osman Toureh, tualet təmizləyərək dolanır.

Qvineyalı 55 yaşlı fransız dili professoru, Türkiyənin Əskişəhər şəhərində 5 ildir bir məscidin tualetini təmizləməklə məşğuldur.

Professor bildirib ki, ölkəsində mafiyaların at oynatdığına görə Türkiyəyə gəlməyə məcbur olub. Qvineyanın Naser Universitetində uzun müddət Fransız dili və ədəbiyyatı kafedrasında professor olaraq çalışan Osman Toureh, özünün ingiliscə və fransızca bildiyini, türk dilini də öyrənməyə çalışdığını deyib.

Professor hazırda Seneqalda yaşayan anasını və 5 övladını da Türkiyəyə gətirməyə çalışır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!