17 Noyabr, 2014
Bakıda "Gelandewagen" belə aşdı - VİDEO

Bu yol nəqliyyat hadisəsi Bakının Nərimanov rayonu ərazisində - Təbriz küçəsində qeydə alınıb. Nərimanov metrostansiyasına doğru hərəkətdə olan iki avtomobilin anidən toqquşması ağır nəticəyə səbəb olub.

Simsar.az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, qəzanın başvermə anı Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameriaları vasitəsilə qeydə alınıb.

Qeyd edək ki, "Mercedes Benz Gelandewagen" markalı avtomobilin orta qiyməti 100 - 300 000 azn təşkil edir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!