18 Noyabr, 2014
Dünyanın ən qəribə 5 bitkisi – FOTOLAR

Dünyanın ən dözümlü bitkisi: Velviçia Mirabilis

Namibiyada yetişən bu bitki 400-1500 il müddət yaşaya bilir. Hündürülüyü 2 metri keçməyən Velviçia Mirabilisin eni 8 metrə qədər çatır. Quraq iqlimə boyun əyməyən bitki yağış suyu olmadan 5 il sağ qala bilir. Belə ki, kökü torpağın dərinliklərinə çatan Velviçia Mirabilis ehtiyacı olan suyu yeraltı su yataqlarından əldə edir.

Milçəkqapan

Bu bitki həssas tələləri ilə ən məşhur ətyeyən bitkidir. Məşhur olsa da, nəsli kəsilmək təhlükəsi vardır. İkiqapaqlı tələləri kiçik toxunuşa da reaksiya verir. Bu reaksiya nəticəsində qapaqlar bağlanır və bitki şikarının şirəsini sormağa başlayır. Adının Milçəkqapan kimi adlandırılmasının əsas səbəbi bitkinin qurbanları içərisində milçəklərin çoxluq təşkil etməsidir.

Dünyanın ən böyük çiçəyi: Rafflesia Arnoldi

Vətəni İndoneziya olan bu bitkinin çiçəyinin eni 1 metrə çatır. 7-11 kq ağırlığında çiçəyə sahib bitki, əsasən, tropik meşələrdə yetişir. Bitkinin çiçəklərinin ömrü 3 həftəyə qədərdir. İylənmiş ət qoxusu ilə ətrafdakı böcəkləri cəlb edən Rafflesia Arnoldi bununla toxumlarını ətrafa yayır.

Rəqs edən bitki: Desmodium girans

Məşhur bioloq Çarlz Darvin tərəfindən kəşf edilən bitki hərəkət edən yarpaqları ilə məşhurdur. Əsasən, günəşli günlərdə rəqs edən bitki rütubətli yerlərdə bitir.

Beyzbol topu bitkisi

Elmi dildə “Eyforbia obesa” kimi təqdim edilən bitki beyzbol topunu xatırlatdığı üçün, elə belə də adlandırılır. Vətəni Cənubi Afrikadır.

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!