18 Aprel, 2011
Mayın 1-dən kontur sistemi ləğv olunacaq

Azərbaycanda bütün mobil operatorlar manat əsaslı ödəmə sistemi ilə işləyəcək 

Mayın 1-də Azərbaycanda mobil operatorlarda kontur sisteminə son qoyulacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Simsar.az-a verdiyi məlumata görə, həm “Bakcell”, həm də “Azercell”lə şirkətləri ilə kontur sistemindən manat əsaslı ödəmə sisteminə keçidə dair razılıq əldə olunub: ““Nar” və “Azerfon” abunəçiləri artıq çoxdandır ki, manat-əsaslı sistemlə mobil rabitədən istifadə edirlər. Biz digər operatorlarla da razılıq əldə etmişik və mayın 1-dən bütün mobil operatorlar manat əsaslı sistemə keçəcək. Bu sistem həm şəffaflığı, həm də müştərilərin rahatlığını təmin edəcək”.


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bir müddət əvvəl ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarını tənqid edərək onlardan bəzilərinin hələ də kontur sistemindən manat əsaslı ödəmə sisteminə keçməmələrini pisləmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!