17 Noyabr, 2014
Məşhur bacı-qardaşdan möhtəşəm duet - "Səndən insaf dilər yarın" - VİDEO - FOTOLAR

Simsar.az xəbər verir ki, Zeynalovlar nəslinin populyar bacı-qardaşı Azəri Günel və Tunar Rəhmanoğlu "Səndən insaf dilər yarın" duetlərinə çəkdirdikləri klipi ötən həftə tamaşaçılara təqdim ediblər.

Uğurlu alınan yaradıcı işin detalları barəsində Simsar.az-a məlumat verən  Günelin Azərbaycan üzrə PR meneceri Şahin Cavadsoy bildirib ki:

"Əslində bu klip yayda çəkilmişdi, sadəcə Günel və Tunar mahnının ab-havasına uyğun olaraq ekran işini payızda təqdim etməyi lazım bildilər.

Sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Tunarın özünə məxsus olan mahnıya Türkiyənin tanınmış rejissoru Hasan Kuyucu quruluş verib.

Ağ-qara kadrlardan ibarət olan klipdə baş qəhrəman obrazlarını elə səbəbkarların özləri canlandırıblar.

Klip eksklüziv olaraq Kral TV-də yayımlandığı üçün YouTube-a noyabrın 16-da yerləşdirilib.

Əminik ki, peşəkar komandanın ərsəyə gətirdiyi "Səndən insan dilər yarın"ın klipi Günel və Tunarın Azərbaycandakı heyranları tərəfindən də rəğbətlə qarşılanacaq".

Məlumat üçün bildirək ki, sözügedən mahnının ilk ifaçısı Türk musiqisinin imperatoru, Azəri qızı kimi Güneli qardaş ölkədə tanıdan İbrahim Tatlısəsdir.

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!