15 Noyabr, 2014
Putin G-20-ni tərk edə bilər

Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişə ilə bağlı ona göstərilən təzyiqlər səbəbindən “böyük iyirmiliyin” sammitini vaxtından əvvəl tərk edəcəyi barədə xəbərlər yayıb.

Simsar.az-ın məlumatına görə, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dimitri Peskov bununla bağlı yayılan xəbərləri təkzib edib və onları cəfəngiyat adlandırıb.

Mətbuat katibi, həmçinin məlumat verib ki, prezident Vladimir Putinlə İtaliyanın Baş naziri Matteo Rensinin görüşündə Ukraynanın cənub-şərqində gərginliyin artması ilə bağlı narahatlıq ifadə olunub. Görüş zamanı liderlər ikitərəfli münasibətlər barədə də danışıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!