15 Noyabr, 2014
Merkelin Putinə sanksiya mesajı

Avropa İttifaqı Rusiya barəsində yeni maliyyə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

Simsar.az-ın məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel Avstraliyada keçirilən "Böyük iyirmilik" sammitində bildirib.

O deyib ki, hazırda Ukraynada vəziyyət qeyri-kafidir. Avropa Rusiyanın Ukraynaya silah və qoşun axınını dayandırmasını tələb edir. Əks halda, rəsmi Moskvanın daha ağır sanksiyalarla üzləşəcəyi təhlükəsi mövcuddur. Sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə görüş nəzərdə tutulub, ancaq "qəfildən keyfiyyətli dəyişikliklər" gözləmirəm.

V.Putin Brisbendə jurnalistlərin Angela Merkel ilə münasibətlərin pisləşməsi barədə sualına cavabında söyləyib ki, Rusiya simpatiya və antipatiya üçün yox, öz maraqlarına əsaslanaraq hərəkət edir. Buna görə də Almaniya kansleri ilə münasibətlərdə "əhəmiyyətli dəyişikliklər" gözlənilmir.

O, sanksiyalar haqqında danışaraq deyib ki, bu, beynəlxalq hüquqa, eləcə də "Böyük iyirmili"yin prinsiplərinə ziddir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!