15 Noyabr, 2014
Azərbaycan millisi Avropa çempionatının ELİT raundunda

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində son turun oyunları keçirilib. Simsar.az xəbər verir ki, 4-cü qrupda mübarizə aparan Azərbaycan millisi Sloveniya ilə münasibətlərə aydınlıq gətirib. Bu oyuna qədər sonuncu pillədə qərarlaşan Nikolay Adamın yetirmələri qazandıqları qələbə ilə elit raunda vəsiqə qazanıblar.

AZƏRBAYCAN - Sloveniya - 3:2

Qollar: Vadim Ağarəhimov, 23 (pen); Elnur Süleymanov, 35; Mahir Mədətov, 42 - Ozbolt, 48; 77 (pen)

Qrupun digər görüşündə Slovakiya Macarıstanı məğlub edib:

Macarıstan – Slovakiya - 0:3

Qollar: Polievka, 48; Benes, 66; Spalik, 72

Bu nəticələrdən sonra Azərbaycan milli komandası 4 xalla qrupu ikinci yerdə bitirib:

1. Slovakiya – 9

2. AZƏRBAYCAN – 4

3. Macarıstan – 2

4. Sloveniya – 1

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!