15 Noyabr, 2014
Norveç yığması Bakıda - Foto

“Avro-2016”nın seçmə mərhələsində sabah millimizin qonağı olacaq Norveç yığması artıq Bakıdadır.

Simsar.az-a qol.az-a istinadən məlumatına görə, rəqib komandanı paytaxtımıza gətirən təyyarə dünən axşam saatlarında hava limanında yerə enib.

Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmonun bu gün saat 18:00-da mətbuat konfransı baş tutacaq. Yarım saat sonra isə komanda yığmamızla oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 21:00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!