15 Noyabr, 2014
DQİDK sədri Hacı Şahin Həsənli ilə görüşüb

Bu gün sosial şəbəkələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə “Məşədi Dadaş” məscidinin imam-cüməsi Hacı Şahin Həsənli arasında görüş keçirilməsi barədə xəbərlər yayılıb.

Simsar.az xəbər verir ki, istifadəçilər fərqli formada bu görüşə şərh verir, baş vermə səbəblərinə aydınlıq gətirməyə cəhd edirdilər. Simsar.az xəbər verir ki, İslam.az saytı məsələnin nə yerdə olduğunu müəyyən etmək üçün Hacı Şahin Həsənli ilə əlaqə saxlayıb.

“Belə bir görüş həqiqətən baş tutdu. Ümumilikdə Azərbaycandakı dini sahədəki durum müzakirə olundu. Bizim dini icma əvvəllər də DQİDK ilə sıx əməkdaşlıq edib və bu əməkdaşlığın gələcəkdə də davam etməsi barədə fikir mübadiləsi aparıldı. Komitə sədri bildirdi ki, dövlət bundan sonra da Azərbaycandakı ənənəvi məzhəblərə qayğı göstərəcək və ciddi dəstək verəcək. Eyni zamanda radikal dini cərəyanlar haqqında fikir mübadiləsi apardıq” - H.Şahin belə deyib.

Qeyd olundu ki, bu sahədə gənclərimizin dini cəhətdən maariflənməsi və düzgün İslamı anlaması üçün din xadimlərinin üzərinə ciddi vəzifələr düşür.

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!