15 Noyabr, 2014
Avstriya Rusiyaya, İspaniya Belarusa qarşı – AFİŞA

Bu gün “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində 4-cü turun növbəti görüşləri keçiriləcək. Simsar.az xəbər verir ki, oyun günündə 9 qarşılaşma baş tutacaq.

“C” qrupunda son Avropa çempionu İspaniya Belarusu sınağa çəkəcək. Qrupun lideri Slovakiya millisi isə Makedoniya ilə münasibətlərə aydınlıq gətirəcək.

 

C qrupu

21:00. Lüksemburq – Ukrayna

23:45. Makedoniya - Slovakiya

23:45. İspaniya – Belarus

 

“E” qrupunda İngiltərə Sloveniyanı qəbul edəcək. Britaniyalılar qrup liderliyini möhkəmlətmək üçün qələbə qazanmağa çalışacaqlar.

 

E qrupu

21:00. San-Marino - Estoniya

21:00. İngiltərə - Sloveniya

23:45. İsveçrə - Litva

 

Günün ən maraqlı oyunları “G” qrupunda keçiriləcək.  Qrupun lideri Avstriya millisi Rusiya ilə, İsveç isə Monteneqro ilə üz-üzə gələcək.

G qrupu

21:00. Avstriya – Rusiya

21:00. Moldova - Lixtenşteyn

23:45. Monteneqro – İsveç

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!