15 Noyabr, 2014
G-20 liderlərinə “qumdan” mesaj – FOTOLAR

Bu gün Avstraliyanın Brisben şəhərində G-20 liderlərinin sammiti öz işinə başlayıb. Simsar.az xəbər verir ki, Zirvədən bir gün qabaq, Sidneyin Bondi sahilində 400-ə yaxın təbitsevər aktivist, başlarını “dəvəquşu” kimi quma salaraq, bu şəkildə G-20 liderlərinə etiraz ediblər.

Onlar bu etiraz şəkli ilə iqlim dəyişikliyi probleminin G-20 sammitinin gündəliyinə salınmasını istəməyən Avstraliya baş naziri Tony Abotta başda olmaqla məsələyə könülsüz yanaşan digər G-20 liderlərinə “İqlim dəyişikliyi məsələsində başınızı quma salıb, ətrafınızı görmürsünüz” – mesajını veriblər.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!