15 Noyabr, 2014
“Babam sizlərə qarşı döyüşdü, amma mən...” – Davudoğlu

Simsar.az xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu, Brisbendə “G20” sammiti çərçivəsində Bələdiyyə Sarayında təşkil edilən konfransda böyük babasının Çanaqqalada anzaklara qarşı döyüşdüyünü söyləyib.

O bildirib ki, döyüşdən sonra intiqam olmamalıdır. Keçmişdə nə olubsa, artıq keçmişdə qalıb: "Geliboluda, bizim büyükbabalarımız biri-biriləriylə döyüşdülər. Mənim babam da türk tərəfində döyüşənlərdən biri idi. Bu gün Avstraliyaya, anzaklara qarşı döyüşən birinin nəvəsi olaraq burada qonağam”.

Əgər davamlı bir iqtisadi sistem istəyiriksə demokratik, qanuni və hesab verə biləcək bir siyasi sistem qurmaq məcburiyyətindəyik.  Eyni zamanda insanlığın liderləri olaraq da hərəkət etməliyik. Həm siyasət, həm də iqtisadiyyat inteqrasiya olunmalıdır. Dünyada maliyyə sisteminin təşkil baxımından “G-20” bu məzmunda doğru bir platformadır” – Davudoğlu deyib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!