14 Noyabr, 2014
Avtobuslar, metropoliten fəaliyyətini dayandırdı

İtaliyanın paytaxtı Romada hökumətin yeni əmək islahatlarına və sərt iqtisadi tədbirlərinə qarşı genişmiqyaslı tətil keçirilir.

Simsar.az-ın məlumatına görə, tətildə ictimai nəqliyyat nümayəndələri iştirak edir. Bu gün səhər saatlarından etibarən paytaxtda marşrut avtobusları, metropoliten və digər ictimai nəqliyyat fəaiyyətini dayandırıb.

Sürücülərin tətilindən başqa, Romada təhsil alan ali məktəb tələbələri də baş nazir Matteo Rentsinini təklif etdiyi təhsil islahatına qarşı çıxaraq ümumtətilə qoşulub. Tələbələr, universitetlərə ayrılan maddi yardımın azaldılmasına etiraz edirlər.

Aksiyaya bir qrup şimali afrikalı miqrant da qatılıb. Onların etirazı isə son zamanlar cəmiyyətdə artan irqçi addımlaradır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!