14 Noyabr, 2014
Füzuli Musayev: “İnanıram ki, medallarla qayıdacağıq”

Para-taekvondo üzrə 3-cü Avropa Çempionatında Azərbaycandan olan idmançılar da mübarizə aparacaqlar. Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev Simsar.az-a açıqlamasında para-taekvondoçularımızın hazırlıq prosesindən danışıb. “İdmançılarımız gündə iki dəfə federasiyanın təlim-məşq zalında hazırlıq keçirlər”, - deyən F. Musayev idmançılarımızdan uğur gözlədiyini dilə gətirib: “Bu yarış üzrə ilk Dünya Çempionatı da Azərbaycanda keçirilib. Onda da uğurlu çıxış etmişik. Hazırlıq prosesi planlaşdırdığımız kimi gedir. İdmançılarımızın medallarla vətənə dönəcəyinə inanırıq”.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində təşkil olunacaq yarış noyabrın 27-də keçiriləcək.

 

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!