14 Noyabr, 2014
Türkiyə kinematoqrafiyası 100 yaşında

Bu gün Türkiyə kinosu San-Stefanoda rus əsgərlərinə ucaldılmış abidənin dağıdılması mövzusunda çəkilmiş

“Ayastefonasda rus əsgərinin abidəsinin sökülməsi” adlı ilk yerli filmin ekrana çıxmasının 100 illiyini qeyd edir.

Simsar.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Fuat Uzkınayın operatorluğu ilə lentə alınmış və sənədli xarakter daşıyan film tarixə ilk Türkiyə kinofilmi kimi daxil olub.

Osmanlı dövründən ilk teatrlaradək, rejissor Muhsin Ertuğruldan başlamış məşhur “Yeşilçam” filmləri dövrünədək Türkiyə kinosu dünyanın qocaman kinematoqrafiyaları arasında görkəmli yerlərdən birini tutur.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!