14 Noyabr, 2014
Fəlsəfə Günü ilə bağlı konfrans keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar noyabrın 18-də Beynəlxalq elmi konfrans keçiriləcək.

Fəlsəfə və Hüquq İnstitutundan Simsar-az-a verilən məlumata görə, konfransda Azərbaycan, Misir, Fransa və digər ölkələrdən olan alim və tədqiqatçılar məruzə ilə çıxış edəcəklər. Məruzələr fəlsəfə və mənəviyyat, əxlaq və insan təbiəti, Fransada gənclər və fəlsəfə, Misirdə fəlsəfi tədqiqatlar və s. mövzulara həsr olunacaq.

Xatırladaq ki, Ümumdünya Fəlsəfə Günü UNESCO tərəfindən təsis edilib.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!