14 Noyabr, 2014
İŞİD valyutasının dəyəri bəlli oldu

İraqın ikinci ən böyük şəhəri olan Mosulu əlinə alan İŞİD öz pul vahidini çap edib.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD tərəfindən verilən açıqlamalara görə yeni pul çap etməkdə məqsəd özünü digər bölgələrdən ayırmaq və Müsəlmanlara məxsus maliyyə sistemindən uzaqlaşmaq olduğu ifadə edilib.

5 dinar 694 dollar olacaq

Bundan sonra öz pulundan istifadə edəcəyini açıqlayan təşkilat, qızıl 1 və 5 dinar, gümüş 1 və 5 dirhəm, 10 və 20-lik mis pul çap edib. Ən böyük pul vahidi olaraq bilinən 5 diarın dəyəri 694 dollar olacaq.

 

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!