14 Noyabr, 2014
Robin Uilyamsın vəsiyyəti açıqlandı

Avqust ayının 11-də evində intihar edən dünyaca məşhur aktyor Robin Uilyamsın vəsiyyəti açıqlanıb.

Simsar.az xəbər verir ki, yeni açıqlanan vəsiyyətə görə Uilyams mirasını üç övladına və evlilik müqaviləsinin şərtlərinə əsasən həyat yoldaşı Susan Şneyderə  verib.

İntihar edən 63 yaşlı aktyor bu  vəsiyyəti 2011-ci ilin yanvarın 31-də imzalayıb. Bütün var-dövlətini Robin Uilyams vəqfinə verən aktyor vəqfin pulunun 31 yaşlı oğlu Zak, 25 yaşlı qızı Zelda və 22 yaşlı oğlu Codi arasında bölüşdürülməsi təlimatını verib.

Eyni zamanda aktyorun  2011-ci ildə evləndiyi həyat yoldaşı 50 yaşlı Susan Şneyderə də evlilik müqaviləsinin şərtlərinə əsasən mirasından pay verdiyi açıqlanıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!